Hüquqi məlumat
Çatdırılma
Yenilənib: 18.11.2026
Bakı daxilində
Sifariş təsdiqindən sonra 24 saat ərzində öz nəqliyyat parkımızla çatdırılır. Çatdırılma haqqı 15 ₼; 300 ₼-dan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.
Regionlara
Regionlara çatdırılma 1–3 iş günü ərzində, məsafə və göndəriş həcminə görə hesablanan haqla həyata keçirilir. Dəqiq məbləğ sifariş təsdiqi zamanı bildirilir. Onlayn sifariş hazırda yalnız Bakı üçün mövcuddur; regionlar üçün təklif sorğusu göndərin.
Anbardan götürmə
Sifarişi Abşeron anbarımızdan özünüz də götürə bilərsiniz — iş saatları ərzində, əvvəlcədən razılaşdırmaqla.
Kəsik və baraban
Anbarda olan kabellər istənilən uzunluqda kəsilir. Böyük həcmli sifarişlər 100, 250, 500 və 1000 m barabanlarla tədarük edilir.
Qəbul
Məhsulu qəbul edərkən miqdarı, markalanmanı və xarici görünüşü yoxlayın. Nağd ödəniş çatdırılma zamanı qəbul edilir.
