Dünyanın ən möcüzəvi elektrik stansiyası

Ana Səhifə Bloqlar Dünyanın ən möcüzəvi elektrik stansiyası
Dünyanın ən möcüzəvi elektrik stansiyası

Dünyanın ən möcüzəvi elektrik stansiyası

Dünyanın ən möcüzəvi elektrik stansiyası.


Enerjinin insan həyatında rolu nədir?


Elektrik həyatımızın əvəzolunmaz enerji mənbələrindən biridir. Həyatımız dedikdə isə biləvasitə danışmaq, gülmək, hərəkət etmək və.s kimi aktlar nəzərdə tutulur. İnsan orqanizması da elektron məhsullar kimi elektrik olmadan işləyə bilməz. Bu səbəblə insan hüceyrələri (mitoxondirlər) qüsursuz bir elektrik stansiyası və paylama şəbəkəsi ilə təchiz olunmuşdur. İnsan bədənində elektrik olduğunu artıq əvvəlki məqaləmizdə (Vücudumuzun statik enerjisi) bəhs etmişik. Bu məqaləmizdə isə insan həyatında vacib əhəmiyyətə sahib olan elektrik, onun bədənimizdəki istehsalı və faydalarından bəhs edəcəyik. İnsan bədəni həyati funksiyalarını yerinə yetirmək üçün əsasən elektrokimyəvi (qidaların tərkibində toplanmış enerji) enerjidən istifadə edir. Sinir sistemi isə bədənimizin biləvasitə elektrik enerjisi ilə işləyən ən vacib hissələrindən biridir. Canlı orqanizmlərin sahib olduğu bu elektrik sistemi, metal sistemlərlə müqayisədə bir çox üstünlüyə malikdir. Bu üstünlüklərdən ən vacibi bioloji sistemlərin özünü təmir etmə (immunitet) qabiliyyətidir. Məsələn, barmağınızda kəsik meydana gəldikdə, bu yara qısa müddətdə sağalır. Bunu təmin edən sistemlərin arxasında bir elektrik nizamı var. Bu, heç bir süni maşında olmayan bənzərsiz xüsusiyyətdir.


Elektrik cərəyanı nədir və necə yaranır?


Ətrafımızda gördüyümüz hər şeyin təməl daşı atomdur. Atomun içərisində isə protonlar, neytronlar və elektronlar var. Protonlar və neytronlar atomun nüvəsində, elektronlar isə daim nüvənin ətrafında fırlanan hərəkətli hissəciklərdir. Protonlar müsbət yüklü, elektronlar mənfi yüklü və neytronlar isə adında da göründüyü kimi neytraldır yəni heç bir yükə malik deyil. Bir atomdakı elektron və protonların miqdarı bərabər olur. Bu bərabərlik atomun neytral vəziyyətdə olmasını təmin edir. Atoma əlavə bir elektron  yükləndikdə onu mənfi hala gətirir və tarazlıq pozulur. Atom bir elektron itirdikdə isə müsbət yüklü olur. Bu bərabərsizlik elektron axımının başlamasına səbəb olur və bu axım “elektrik cərəyanı” olaraq adlandırılır. Trilyonlarla atomdan ibarət olan insan orqanizmi elektronların hərəkəti nəticəsində yaranan elektrik enerjisi ilə çalışır.Nəfəs almaq, gəzmək, qaçmaq, yemək, danışmaq, hərəkət


etmək, bir sözlə, həyatımızla əlaqəli nə varsa, onları gerçəkləşdirmək üçün enerjiyə ehtiyacımız var və bu enerji olmadan bədənin həyati fəaliyyətini davam etdirməsi mümkün deyil. Elektrik, həyatı boyunca insan bədənində baş verən çoxsaylı hüceyrə fəaliyyətlərinin əsasını təşkil edir. Başqa sözlə, bədəndəki bütün kimyəvi proseslər elektrik enerjisi ilə aparılır.İnsan vücudunun yeganə elektrik təməlli sistemi, sinir sistemidir. İnsan bədənindəki siqnal çatdırılması, sinir sistemini meydana gətirən neyronların ötürdüyü impulslar ilə təmin edilir. Bunu teleqraf sisteminə bənzətmək olar. Teleqraf sistemi, müxtəlif kodlardan istifadə edərək məsafələr arasında elektrik siqnalları ilə istənilən yazılı məlumatları göndərən bir cihazdır. Bizim vücudumuzda baş verən isə elektrik məlumatlarının kodsuz ötürülməsidir. Başqa sözlə, ayağımıza batan tikanı hiss edib ona reaksiya verərəkən məlumat axını elektrik siqnalları ilə təmin edilir.



İnsan bədənində elektrik varmı?


Bu sualın cavabı əslində böyük bir möcüzədir və olduqca təəccüblüdür. Belə ki, bədən özü elektrik enerjisi istehsal edir. Vücudumuzdakı trilyonlarla hüceyrə bu vəzifəni birlikdə yerinə yetirir. Kiçik “batareyalarla” müqayisə edilə bilən hüceyrələrin xarici ətrafı kaliumla, daxili hissəsi isə natrium mayesi ilə doludur. Bütün hüceyrələrdə hüceyrə membranları arasında bir gərginlik (elektrik gərginliyi fərqi) var. Hüceyrə membranındakı gərginlik fərqi “elektrik potensialı” olaraq ifadə olunan bəlli miqdarda elektrik axımı yaradır.


Hüceyrə membranının içindəki bu potensialın miqdarı təxminən 50 mV-dur (millivolt). Bütün hüceyrələr bu potensial enerjini  hüceyrə daxilində fəaliyyətlərini həyata keçirmək üçün istifadə edirlər. Ancaq sinir və əzələ hüceyrələri bu enerjini digər hüceyrələrdən fərqli olaraq fizioloji vəzifələr üçün istifadə edirlər. Elektrik sayəsində əzələ hüceyrələrində bükülmə və açılma meydana gəlsə də, bu cərəyan sinir hüceyrələrində impuls ötürülməsini təmin edir.


İnsan bədənindəki elektrik enerjisi bir lampanı yandıra bilərmi?


Hüceyrənin xaricindəki yüklə daxilindəki yük arasındakı fərq təxminən 50 millivoltdur. Vaşinqton Dövlət Universitetinin farmakoloqu Prof. Steven M. Simaskonun hesablamalarına görə, bədəndəki trilyonlarla hüceyrənin istehsal etdiyi elektrik bir araya gətirilərsə, əldə edəcəyimiz enerji 40 vatt-lıq elektrik lampasını tam işıqlandıra bilər. Bədənimizdəki bəzi hüceyrələr digərlərindən daha çox elektrik istehsal edə bilir. Bu hüceyrələrin gördüyü işlərə bağlıdır. Məsələn sinir və ürək hüceyrələri daha çox elektrik enerjisi istehsal edir, çünki sinir hüceyrələri siqnalları uzun məsafələrə ötürməlidirlər, buna görə də daha çox enerjiyə ehtiyac duyurlar. Fərqində olmasaq da, insan bədəni ən böyük möcüzəvi elektrik mexanizmlərindən biridir. İçimizdəki nəhəng elektrik sistemi, nəfəs aldığımız müddətcə bizi yaşadacaq.




Yeniliklərdən xəbərdar olmaq
üçün bizə abunə olun

Əməyin mühafizəsi və təhlükəsizliyi mövzusunda hərtərəfli və intizamlı tədqiqatların aparılmasına böyük əhəmiyyət veririk.

White line

© 2023 Müəllif hüquqları qorunur Goksan Kablo MMC